"Qaz təchizatı baxımından Azərbaycan Gürcüstanın strateji tərəfdaşı olduğu üçün hələlik biz İran qazının nəqli ilə bağlı qərar qəbul etməmişik".
Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili yerli "GDS" telekanalının efirində deyib.
Nazir müavini etiraf edib ki, İran qazı Azərbaycan və Rusiyadan nəql olunan qazla müqayisədə bahadır.
"Azərbaycan qazının həcmi və qiyməti bizi qane etməzsə, İran əlavə variant kimi nəzərdən keçirilir. Düzdür, indiki təkliflərə əsasən, İran qazı Azərbaycan və Rusiya qazından bahadır. Ümid edirəm ki, İran qazı bazara çıxdıqdan sonra kommersiya detallarına daha rasional yanaşılacaq", - deyə nazir müavini bildirib.