İran Qarabağda sülh üçün bütün imkanlardan istifadə edəcək

İran Qarabağda sülh üçün bütün imkanlardan istifadə edəcək

İranın Ermənistandakı səfiri Seyid Kazem Səccadi bu ölkənin müdafiə naziri Seyran Ohanyanla görüşüb.

AzVision.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüşdə S.Ohanyan səfirə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki son vəziyyətlə bağlı məlumat verib.

Səfir isə öz növbəsində rəsmi Tehranın yaranmış gərginlikdən narahat olduğunu və İranın münaqişə bölgəsində sabitlik və sülhün yaranması üçün bütün imkanlardan istifadə edəcəklərini söyləyib.

Səfir müdafiə sahəsində iktərəfli əməkdaşlığın vacibliyini vurğulayıb və qeyd edib ki, təmsil etdiyi ölkə Ermənistan müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR