İran polisi Səudiyyə Ərəbistanında zəvvarların nizam-intizamını təmin etməyə hazırdır - polis Komandanı

İran polisi Səudiyyə Ərəbistanında zəvvarların nizam-intizamını təmin etməyə hazırdır  - polis Komandanı
  • DÜNYA

İran polisi digər müsəlman ölkələrindən olan polis qüvvələri ilə birlikdə Məkkədə zəvvarların nizam-intizamını təmin etməyə hazırdır.  Bu barədə İSNA agentliyi İran Hüquq-Mühafizə Qüvvələrinin Baş komandanı, general Hüseyn Əştəriyə istinadən məlumat verir.

H.Əştəri Minada baş verən hadisə zamanı Səudiyyə Ərəbistanı polisinin məsuliyyətini düzgün yerinə yetirmədiyini bildirib: "Əgər Səudiyyə Ərəbistanı Allah evinin zəvvarlarının nizam-intizamını təmin etmək öhdəliyini düzgün yerinə yetirə bilmirsə, bu işin məsuliyyətini İslam ölkələri polislərinə təhvil versinlər".

H.Əştəri deyib ki, İran polisi bu öhdəliyi ən yaxşı formada yerinə yetirə bilər: “Mina faciəsində əsas amil Səudiyyə Ərəbistanı polisinin məsuliyyətsiz hərəkətidir. Əgər onlar iradə nümayiş etsəydilər, bu böyük faciənin qarşısını ala bilərdilər və yaralıları xilas edə bilərdilər”.

Qeyd edək ki, Məkkədə - Mina dağında sentyabrın 25-də baş verən izdihamda 750-dən artıq zəvvar ölüb, 1000-ə yaxın zəvvar isə yaralanıb. Minadakı hadisədə ölən iranlı zəvvarların sayı 465 nəfərdir.\trend

Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR