Ötən həftə Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmalar İran parlamentində müzakirə olunacaq.
Aktual.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Bildirilib ki, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin müzakirəsi İran parlamentinin növbədənkənar iclasının gündəliyinə daxil edilib. Növbədənkənar iclas sentyabrın 21-nə planlaşdırılıb.
Qeyd edək ki, bəzi mənbələrə görə, son günlər İran Azərbaycan və Ermənistan sərhədinə qoşun yığıb.
Xəbər 246 dəfə oxunub.