İran parlamenti Prezident Məsud Pezeşkianın təqdim etdiyi 19 nəfərdən ibarət Nazirlər Kabinetinin üzvlərinin hamısını təsdiqləyib.
Aktual.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayuıb.
"14-cü hökumətin təklif etdiyi bütün nazirlər parlamentdən etimad səsi ala biliblər", - məlumatda bildirilib.
Məsud Pezeşkian isə parlamentdəki çıxışında nazirlərin siyahısının dini lider Əli Xamenei və təhlükəsizlik qurumları ilə razılaşdırılmış şəkildə tərtib edildiyini deyib.
Xəbər 145 dəfə oxunub.