Tehran məqsədlərinə çatmaq üçün bütün imkanlara sahibdir.
İranın OPEK xətti üzrə nümayəndəsi Mehdi Əsəli bildirib ki, ölkəsi sanksiyaların götürülməsindən sonra neft hasilatını məhdudlaşdırmaq niyyətində deyil.
Aktual.az bu barədə Oxu.Az-a istinadən xəbər verir.
Dekabrda İran neftin sanksiyalaraqədərki hasilat səviyyəsinə çıxmağı prioritet adlandırmışdı. Əsəli ölkəsinin qarşıya qoyulan hədəfə çatmaq üçün bütün imkanlara sahib olduğunu təsdiqləyib.
O, həmçinin İranın neft ixracını sutkada 2 milyon barelədək artırmağı planlaşdırdığını bildirib.