İran nefti Avropaya axır

İran nefti Avropaya axır
  • DÜNYA

İran 5 il sonra ilk dəfə Avropaya neft ixrac etməyə başlayıb.

Aktual.az anspress-ə istinadən bildirir ki, artıq bir neçə Avropa tankeri neftlə təchiz olunub. "RT" telekanalının məlumatına görə, qarşıdakı 24 saat ərzində isə, daha 3 tankerin neftlə yüklənəcəyi və Avropaya yola düşəcəyi gözlənilir.

İranın Avropa ilə neft ticarəti Tehrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasından bir ay sonra mümkün olub. Neft nazirinin müavini Rükunəddin Cavadi hadisəni İranın neft sənayesində "yeni səhifə" adlandırıb.

"Avropaya ixrac olunacaq 4 milyon barel həcmindəki neftin 2 milyon bareli Fransanın "Total" şirkəti üçün nəzərdə tutulur. 2 milyonu isə Rusiya və İspaniyada şirkətlər tərəfindən alınıb".

İran bir müddət əvvəl Fransanın "Total" şirkəti ilə neft ticarətinə dair müqavilə bağlamışdı. Razılaşmaya əsasən, İran gün ərzində bu ölkəyə 160 000 - 180 000 barel neft ixrac etməlidir.

İran hökuməti mart ayının ortalarına qədər neft ixracının gün ərzində 1.5 milyon barelə çatdırılacağını deyib. İki ay ərzində isə, bu rəqəm 2 milyon barel təşkil edəcək.

Xəbər 298 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR