İran üzərindən sanksiyaların qaldırılmasından sonra ölkənin OPEK və beynəlxalq bazarlardakı köhnə mövqeyini geri qazanılacaq.
Bu barədə İranın neft naziri Bijən Namdar Zəngənə bildirib.
O, qeyd edib ki, neft ixracını sutkalıq 2 milyon barelə yüksəltmək planlaşdırılır.
Zəngənə sanksiyalar qalxdıqdan qısa müddət sonra neft ixracını sutkalıq 500 min barel, 6-7 ay sonra isə sutkalıq 1 milyon barel artırıla biləcəyindən əmin olduğunu bildirib.
“İran, ABŞ və Avropa Birliyinin sanksiya tətbiq etdiyi dövrdə, əsasən Çin, Hindistan, Türkiyə, Yaponiya və Cənubi Koreyaya olmaq üzrə sutkalıq təxminən 1 milyon neft ixrac edirdi”, - deyə Zəngənə xatırladıb.
Qeyd edək ki, ötən şənbə günü İran üzərindən sanksiyaların qaldırılması ilə bağlı ABŞ prezidenti Barak Obama Fərman imzalayıb.
Aktual.az