Tədarükün əsas hissəsi Avropanın payına düşür.
İran beynəlxalq sanksiyaların ləğv edilməsindən sonra fevralda neft ixracını gün ərzində 1,4 milyon barelə qədər artırıb.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İranın Mehr informasiya agentliyi “National Iranian Oil Co.” (NIOC) şirkətinin beynəlxalq işlər üzrə direktoru Seyad Mohsün Qəmsariyənin sözlərinə istinadən məlumat yayıb.
“Mart ayında İran ixracı gün ərzində 1,56 milyon barelə qədər artıra bilər”, - deyə bu proqnozu Seyad Mohsün Qəmsariyən verib.
Tədarükün əsas hissəsi Avropanın payına düşür. Bununla yanaşı, Şərqi Avropa İran nefti üçün potensial yeni bazar kimi nəzərdən keçirilir, NİOC-un nümayəndəsi bildirib.
Yunanıstanın “Hellenic Petroleum” şirkəti İran neftinin idxalını ikiqat artıra bilər, bu barədə məlumatı “Shana” agentliyi ölkənin energetika nazirliyinin nümayəndələrinə istinadən yayıb. Bu barədə razılıq Yunanıstanın baş naziri Alkesis Tsiprasın fevralın əvvəlində İrana səfəri zamanı əldə edilib.
Yunan şirkətinin neft tədarükü gün ərzində 150 min barelə çata bilər, İranın Energetika Nazirliyi məlumat yayıb.