İran neft hasilatı həcmini dondurmağı planlaşdırmır.
Aktual.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə İranın OPEC-dəki nümayəndəsi Mehdi Əsali bəyan edib.
Onun sözlərinə görə, İran istehsalı sanksiyalardan əvvəlki neft hasilatı səviyyəsinə kimi qaldırmaq niyyətindədir.
Qeyd edək ki, Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela fevralın 16-da Dohada keçirilmiş danışıqların yekunu üzrə məlumat veriblər ki, neft hasilatını yanvardakı səviyyədə dondurmağa hazırdırlar. Bunun üçün digər istehsalçılar da həmin təşəbbüsə qoşulmalıdırlar.