İran neft hasilatını artıracaq

İran neft hasilatını artıracaq
  • DÜNYA

Ölkə Avropaya neft nəqlini artırmaq niyyətindədir.

Yaxın gələcəkdə İran neft hasilatını gündə əlavə 700 min barelə qədər artıra bilər.

Aktual.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə İran Milli Neft şirkətinin direktoru Roknoddin Cavadi bildirib.

“Altınci 5-illik inkişaf planın məqsədlərindən biri hasilatı gündə 4,7 milyon barelə qədər çatdırmaqdır. Buna nail olmaq üçün biz istehsalı 700 min barel artırmalıyıq”, - o qeyd edib.

Bundan əvvəl Cavadi İranın Avropaya neft nəqlini artıracağını da bildirib.

“Fevralın sonuna qədər biz Avropaya növbəti partiya nefti yola salacağıq. Bu sanksiyaların ləğvindən sonra ikinci partiya olacaq”, - Cavadi deyib.

Xəbər 276 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR