FİFA İran millisini Qətərdə keçiriləcək dünya çempionatından kənarlaşdırmaq tələbilə üzləşib.
Belə ki, bir qrup iranlı futbolçu və digər idman növləri ilə bağlı şəxslər müvafiq bəyanatla quruma müraciət ediblər.
"İran hökumətinin öz xalqına qarşı qəddarlığı kritik həddə çatıb ki, bu da onun futbol və idman dünyasından birmənalı və qəti şəkildə ayrılmasını şərtləndirir.
İranda qadınların mövqeyi geniş siyasi və sosial-iqtisadi baxımdan son dərəcə xoşagəlməzdir. Təəssüf ki, futbolda da eyni eybəcərliklərə və yanlış təsəvvürlərə rast gəlinir ki, bu da faktiki olaraq futbolun qadınlar və hətta kişilər üçün təhlükəsiz yer olmadığını göstərir”, - deyə bəyanatda bildirilir.
Sənəddə vurğulanır ki, ölkədə qadınların stadionlara girişi davamlı olaraq qadağan edilir ki, bu da FİFA nizamnaməsinin 19-cu maddəsinin pozulmasıdır.
"Bu müddəa keçmişdə Küveyt və Hindistan Futbol Federasiyalarının fəaliyyətinin dayandırılması üçün ilkin şərt olub. İrandakı vəziyyətin bu ölkələrdəki müəyyən irq və etnik mənsubiyyətə malik insanların stadionlara gəlməsinə qadağa qoyulmasını ilə bağlı vəziyyətdən heç bir fərqi”, - bəyanatda deyilir.
Qeyd olunur ki, bütün bunları əsas götürərək, FİFA İran yığmasını qarşıdan gələn Dünya Çempionatından kənarlaşdırmalıdır.
Xatırladaq ki, 2022-ci il Dünya Çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. İran millisi İngiltərə, ABŞ və Uels ilə qrupda çıxış edəcək.
Xəbər 370 dəfə oxunub.