İran Milli Təhlükəsizlik Naziliyi Minada baş verən hadisəni araşdıracaq

İran Milli Təhlükəsizlik Naziliyi Minada baş verən hadisəni araşdıracaq
  • DÜNYA

İran hökuməti ölkənin Milli Təhlükəsizlik Nazirliyinə Minada (Məkkə) baş verən hadisənin qəsdən və ya təsadüfən baş verməsinə dair sənədləri toplamağı və araşdırmağı tapşırıb.

Trend-in  verdiyi məlumata görə, bunu İranın milli təhlükəsizlik naziri Mahmud Ələvi deyib.

M.Ələvi bu gün Şiraz şəhərində çıxışı zamanı bildirib ki, Mina hadisəsi təkcə İran İslam Respublikasının deyil, bütün İslam dünyasının məsələsidir: "22 İslam ölkəsi bu hadisədə qurban verib və matəm saxlayır".

O deyib ki, hökumət, həmçinin hadisə qurbanlarının ailələri adından beynəlxalq məhkəmələrə Səudiyyə Ərəbistanı əleyhinə şikayət edəcək: “Mina hadisəsi Səudiyyə Ərəbistanı rəsmilərinin bacarıqsızlığı və səriştəsizliyi üzündən baş verib, onların bu hadisəyə münasibəti isə Mina hadisəsini daha da dərinləşdirdi və onu bir cinayətə çevirdi".

Nazir qeyd edib ki, ali lider Ayətullah Əli Xamneyinin Mina hadisəsi ilə bağlı çıxışı Səudiyyə Ərəbistanı rəsmilərini geri çəkilməyə və İran xalqına başsağlığı verməyə məcbur etdi.

Qeyd edək ki, Məkkədə - Mina dağında sentyabrın 25-də baş verən izdihamda 750-dən artıq zəvvar ölüb, 1000-ə yaxın zəvvar isə xəsarət alıb. Minadakı hadisədə ölən iranlı zəvvarların sayı isə 465 nəfərdir.

Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR