Kəşfiyyat Nazirliyinin "İsraildən əldə edilən eksklüziv görüntülər və məlumatlar” adlı sənədli filmində internetdə mövcud olan arxiv şəkillərindən istifadə olunub.
Aktual.az xəbər verir ki, bunu SEPAH-a bağlı "Fars” xəbər agentliyi yazıb.
"Bu səliqəsizlik düşmən media orqanlarına sənədli filmdə əks olunan bütün məlumatları uydurma adlandırmaq üçün bəhanə verib”, - agentlik əlavə edib.
Qeyd edək ki, bundan əvvəl İran təhlükəsizlik və kəşfiyyat (ETTELAAT) naziri İsmayıl Xətib İsrailə aid milyonlarla səhifəlik məxfi sənədləri ələ keçirdiklərini iddia edib.
1 gün sonra isə onun "məxfi” adlandırdığı və İran televizyasında nümayiş etdirilən sənədlərin bir çox internet saytı və "Quql”da yayılan açıq məlumat və sənədlər olduğu üzə çıxıb.
Xəbər 67 dəfə oxunub.