İran Çindən gəmi əleyhinə hiper sürətli raket alır

İran Çindən gəmi əleyhinə hiper sürətli raket alır
  • DÜNYA

İran Çinlə CM-302 gəmi əleyhinə hiper sürətli raketlərin alışı ilə bağlı sazişi başa çatdırmağa yaxındır.
Aktual.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, bu raketlər təxminən 290 km məsafəni vura bilir, aşağı hündürlükdə və sürətlə uçurlar, beləliklə gəmi müdafiə sistemlərindən yayına bilirlər. Bu, İranın hərbi qabiliyyətini gücləndirərək, xüsusilə sahilinə yaxın fəaliyyət göstərən ABŞ döyüş gəmilərini hədəf alma imkanlarını artıracaq.
Bildirilir ki, danışıqlar ən azı iki il əvvəl başlanıb, 12 günlük İsrail-İran müharibəsindən sonra sürətlənib. Bu İranın əldə edəcəyi ən müasir Çin silahlarından biri olacaq.


Xəbər 78 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR