İran hökuməti yeni büdcə layihəsində İran təqvimi ilə gələn 1404-cü il (miladi təqvimlə 2025-ci il martın 20-də başlayır) hərbi xərcləri 200% artırmağı planlaşdırıb.
Aktual.az xəbər verir ki, bunu İran Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Fatimah Muhacirani deyib.
"Ölkənin büdcə layihəsində müdafiə ehtiyaclarının ödənilməsinə xüsusi diqqət yetirilib. Bu baxımdan biz hərbi büdcənin əhəmiyyətli dərəcədə - 200% artımının şahidi olduq”, - o bildirib.
Xəbər 193 dəfə oxunub.