İran İnqilab Keşikçiləri Qvardiyası Quru Qoşunlarının Qüds qərargahı ölkənin cənub-şərqində "Böyük peyğəmbər" adlı hərbi manevrə başlayıb.
Aktual.az report-a istinadən bildirir ki, bunu qvardiyanın general-mayoru Məhəmmədi Marani deyib.
Onun sözlərinə görə, hərbi təlim 3 gün sürəcək. Manevrdə 5 əlahiddə qərargah, qvardiyanın quru qoşunlarının desantları, artilleriya batareyaları, sərhəd qoşunları və "bəsic" (qvardiyanın kadr bazası, yarımhərbi könüllü dəstə) də iştirak edir.