İran hərbi gəmiləri ikinci gündür Bakı limanında lövbər sala bilmirlər.
Aktual.az xəbər verir ki, "Report”un diplomatik mənbələrə istinadən verdiyi xəbərə görə, buna səbəb Azərbaycan paytaxtında müşahidə edilən əlverişsiz hava şəraitidir.
Gəmilər Xəzər dənizinin Azərbaycan hissəsindədir. Gəmilərin ekipajları havanın yaxşılaşmasını gözləyir ki, limanda lövbər salıb, tanışlıq səfərinə başlaya bilsin.
Qeyd edək ki, "Demavend” eskadra minaatan gəmisi və "Çoşun” reket daşıyan gəmisi oktyabrın 18-də Bakıya üç günlük səfərə gəlməli idilər.
Səfər çərçivəsində 200 nəfərdən ibarət olan gəmilərin ekipajları Bakıyla tanış olmalı, azərbaycanlı həmkarları ilə görüş keçirməli, eləcə də Azərbaycan hərbçiləri ilə futbol üzrə yoldaşlıq matçı keçirməlidirlər.
Aktual.az
Xəbər 446 dəfə oxunub.