İyulun 26-daXəzər dənizindəİranaməxsus gəmi batıb.
"Report" "Şəbahəng” quru-yük gəmisinin batmasının və 9 nəfərlikekipaj üzvlərinin xilas edilmə anının görüntülərini təqdim edir.
Qeyd edək ki, iyulun 26-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən "Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən "Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.
Bundan başqa, əraziyəFövqəladə Hallar Nazirliyinin 2 helikopteri cəlb olunub.
Sərhəd gözətçi gəmisi vəhelikopterlərhadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib. Heyət üzvləri Bakıya gətirilib. Onlardan 7 nəfəri İran, ikisi isə Hindistan vətəndaşıdır.
Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.
Gəminin batmasına səbəb kimiağır yükün olması və fırtınalı hava şəraiti göstərilir.