İranda 22 gün əvvəl başlayan ümumxlaq etirazlarında öldürülən 3919 nəfərin kimliyi müəyyənləşdirilib, öldürülən 8944 nəfərin kimliyinin isə dəqiqləşdirilməsinə çalışılır.
Aktual.az xəbər verir ki, bunu İran İnsan Haqları Təşkilatı bildirib.
Öldürülənlərdən 178-i hökumət məmuru, 25-i azyaşlı və 31-i etiraz aksiyalarında iştirak etməyən mülki şəxsdir.
Bununla yanaşı, 24669 nəfər həbs edilərək müxtəlif həbsxanalara köçürülüb.
Qeyd olunub ki, internet kəsildiyinə görə, öldürülən və həbs olunanların sayı və kimliyinin müəyyənləşdirilməsində gecikmələr olur.
Xəbər 56 dəfə oxunub.