İran Xarici İşlər Nazirliyinin (XİN) Xaricdə yaşayan iranlılarla iş üzrə ofisinin rəhbəri Seyyid Kazim Səccadi bu ölkənin Ermənistandakı yeni səfiri olacaq. Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.
K.Səccadi İranın Ermənistandakı hazırkı səfiri Məhəmməd Rəisini əvəz edəcək.
Məlumata əsasən, yeni səfir artıq cari həftənin sonunda İrəvanda öz işinə başlayacaq.
K.Səccadi 1983-cü ildən İran XİN-də çalışır. Bu müddət ərzində o, İranın Filippin, Yunanıstan, Hindistan və Malayziyadakı diplomatik korpuslarında çalışıb.\trend
Aktual.az