Fransanın "Total" neft-qaz şirkəti xam neftin alışına dair İranın "NIOC" şirkəti ilə saziş imzalayıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, saziş "Total" şirkətinə gündə 150-200 min barel neft alma imkanı verəcək.
Qeyd edək ki, rəsmi Tehran hazırda İspaniya, İtaliya, Almaniya, Çexiya, Yunanıstan və Böyük Britaniya şirkətləri ilə də neftin alışına dair danışıqlar aparır.