İran “Günəşli” yatağında baş verənlərlə əlaqədar Azərbaycan dövlətinə və xalqına başsağlığı verib.
APA-nın İran bürosunun məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabirənsari ölkəsinin hadisə ilə əlaqədar narahat olduğunu bildirib.
“Yanğının söndürülməsi və itkin düşənlərin axtarılması istiqamətində Azərbaycana kömək etməyə hazırıq”, - deyə o vurğulayıb.