İran Azərbaycana avtomobil sata bilər

İran Azərbaycana avtomobil sata bilər

"Xodro" şirkətinin məhsullarının MDB ölkələrinə, o cümlədən Azərbaycana ixracı məsələsi gündəlikdədir".

Aktual.az Apa-ya istinadən bildirir ki, bunu açıqlamasında İranın "Xodro" şirkətinin baş direktoru Haşım Yeke Zare deyib.

O bildirib ki, hazırda İran bölgədə avtomobil ixracı üzrə birinci yerdədir.

H. Zare deyib ki, "Xodro" şirkəti MDB ölkələri arasında Azərbaycana prioritet verir. "Hələlik Azərbaycanın özəl sektoru ilə avtomobil ixracına dair ciddi danışıqlarımız olmayıb. Bu məsələdə sərmayənin tapılması əsasdır. Sərmayədar olsa, Azərbaycanla avtomobil istehsalı və ixracı ilə bağlı əməkdaşlıq etməyə hazırıq".

Xəbər 470 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR