İsveçrənin xammal treyderi ` Glencore AG ` şirkəti İran neftini dəniz yolu ilə Avropaya çatdıracaq ilk qərb şirkəti olub.
Bu barədə Aktual.az AzVision.az -a istinadən xəbər verir.
`Glencore AG ` şirkəti tərəfindən icarəyə götürülən tankerə Fars körfəzindəki terminaldan 80 min ton neft yüklənilib.
Qeyd edək ki, İran ilkin olaraq Avropaya hər ay 300 min barel neft satmağı planlaşdırır.