​İran Avropaya neft ixrac edəcək sanksiyaların ləğv olunarsa

​İran Avropaya neft ixrac edəcək  sanksiyaların ləğv olunarsa

İran ölkəyə qarşı tətbiq olunan qadağaların ləğvindən dərhal sonra Avropa dövlətlərinə neft ixracına başlamağa hazırdır. 

Bu barədə İSNA agentliyinə müsahibəsində İran İslam Respublikasının Neft Nazirliyinin nümayəndəsi və İran Dövlət Neft Şirkətinin beynəlxalq məsələlər üzrə direktoru Möhsün Kəmsari bildirib. 

"İran bu gün Avropanın neftə olan tələbat həcminin təqribən yarısını təmin edə bilər. Müqavilələr Avropa ölkələri digər neft tədarükçüləri ilə əməkdaşlığı dayandırmayınca və yeni uzunmüddətli sazişlərə hazır olmayınca spot sövdələşmələr əsasında bağlanacaq", - deyə Kəmsari qeyd edib. 

Neft bazarında spot ticarət qısa sövdələşmələri, bir qayda olaraq məhdud həcmdə neft və ya neft məhsulları partiyasını nəzərdə tutur.(Report)

Aktual.az

Xəbər 486 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR