4 milyon barel neftlə yüklənmiş tankerlər 24 saat ərzində İrandan Avropaya yola düşəcəklər.
Aktual.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran milli neft şirkətinin rəhbəri Ruknəddin Cavadinin bəyanatına istinadən Shana agentliyi məlumat yayıb.
“2 milyon barel yük fransız Total-ı, yerdə qalan hissə isə Rusiya və İspaniya şirkətləri tərəfindən alınıb”, - deyə, Cavadi bildirib.
Qeyd edək ki, bundan əvvəl İranın birinci vitse-prezidenti Ehsaq Cahangiri 2016-cı ilin martında ölkəsindən neft ixracının sutkada 1,5 milyon barel olacağını bəyan etmişdi.
Cahangiri həmçinin martın 21-də başlayan növbəti İran ilində xaricə karbohidrogen ixracının sutkada 2 milyon barelə çatacağını təsdiqləyib.
Aktual.az