İran bu gün Fars körfəzindəki su sərhədlərini pozan amerikalı dənizçiləri azad edib. Onlar regiondakı ərəb ölkələrindən birindəki ABŞ bazasına gətiriliblər.
Aktual.az Modern.az-a isitnadən xəbər verir ki, İran tərəfi saxladığı hərbçiləri qaytardıqdan sonta 2 hərbi kateri də geri verəcək.
Xatırladaq ki, Amerika Hərbi Dəniz Qüvvələrinin 2 kateri Küveytdən Bəhreynə gedərkən təsadüfən İran ərazisinə daxil olublar. Bu, katerlərdən birinin nasazlığı səbəbindən baş verib. Bildirilir ki, saxlanılanlardan 9-u kişi, 1-i isə qadın olub.