İran ABŞ-ı oğurluqda ittiham etdi

İran ABŞ-ı oğurluqda ittiham etdi

İran hökuməti ABŞ Ali Məhkəməsinin qərarına sərt reaksiya verib.


Aktual.az ölkə.az-a istinadən bildirir ki, ABŞ Ali Məhkəməsi bu yaxınlarda 1983-cü ildə Beyrutdakı Amerika hərbi bazasına hücum zamanı ölənlərin ailələrinə 2 milyard dollar təzminat verilməsi haqda qərar çıxarmışdı. Xatırladırıq ki, 1983-cü ildə Livandakı "Hizbullah" qruplaşması Beyrutdakı ABŞ hərbi bazasına hücum etmiş və bunun nəticəsində 240 dəniz piyadası ölmüşdü.

ABŞ məhkəməsinin qərarı ilə bu ölkədəki İran banklarının dondurulmuş aktivlərinin 2 milyard dollarlıq hissəsi müsadirə olunaraq 1983-cü ildə Livanda öldürülmüş dəniz piyadalarının yaxınlarına veriləcək.

İran hökuməti ABŞ-ın bu addımını "oğurluq" adlandırıb.

Xəbər 336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR