Əhalinin təxminən 24 faizini, yaxud 18 milyondan çoxunu təşkil edən etnik azərbaycanlılar digər etnik azlıq qruplarına nisbətən hökumətə və cəmiyyətə daha çox inteqrasiya olunsalar da, yerli fəallar və təşkilatçılar sıxışdırılır.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatında yazılıb.
Hesabatda hökumətin azərbaycanlıları, fəalları və ya təşkilatçıları təqib edərək onlara qarşı ayrı-seçkilik etdiyini, bəzi valideynlərin uşaqlarına türk adları qoymasına mane olduğu bildirilib.
Xəbər 135 dəfə oxunub.