Teleaparıcı İradə Zeynalova NTV telekanalına keçir.
Aktual.az xəbər verir ki, bu barədə "İnterfaks”a vəziyyətdən xəbərdar olan mənbə bildirib.
"Yaxın günlərdə İradə Zeynalova NTV telekanalında efirə çıxacaq”, - agentliyin həmsöhbəti deyib.
NTV-nin mətbuat xidmətindən aparıcının telekanala keçdiyini təsdiqləsələr də, hansı verilişi aparacağını dəqiqləşdirməyiblər, sadəcə, bu barədə daha sonra məlumat veriləcəyi bildirilib.
İradə Zeynalova əslən azərbaycanlı olan Rusiya teleaparıcısıdır. 2012-ci ildən 2016-cı ilin iyuluna qədər "Birinci kanal”da "Vremya” ("Zaman”) verilişinin bazar günləri efirə çıxan buraxılışının aparıcısıdır.
Xəbər 438 dəfə oxunub.