İradə İsaq ATV-dən getdi - ANS-ə qayıdır

İradə İsaq ATV-dən getdi   - ANS-ə qayıdır

Telejurnalist İradə İsaq ATV-dən ayrılıb.

Aktual.az Lent.az-a istinadən xəbər verir ki, "Sönməyən ulduzlar", “Düz üzünə", “Səbəbkar" kimi reytinqli layihələrin müəllifi və aparıcısı bundan sonra ANS televiziyasında çalışacaq. İ.İsağın hazırladığı yeni veriliş həftənin 5 günü canlı olaraq yayımlanacaq.

Qeyd edək ki, İradə İsaq ATV ilə əməkdaşlıq etməzdən əvvəl ANS TV-də çalışıb. Həmin vaxt onun aparıcısı olduğu "Ölümdən 24 saat əvvəl" və “Xəbərin izində İradə İsaqla” layihələri qısa müddət ərzində böyük populyarlıq qazanmışdı.

Telejurnalist ATV-ni tərk etməsinə kanal rəhbərliyi ilə aralarında yaşanmış münaqişənin səbəb olması ilə bağlı deyilənlərə də münasibət bildirib. O, açıqlamasında bunu şayiə adlandırıb.

İradə İsaq ANS telekanalından daha maraqlı təkliflər aldığını və bu təklifi dəyərləndirmək istədiyi üçün ATV-dən ayrıldığını söyləyib.

Xəbər 572 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR