2015-ci ilin üçüncü kvartalında Çin iqtisadiyyatının 7%-ə qədər azaldığı bildirilir.
Aktual.az xəbər verir ki, dünyanın iinci böyük iqtisadiyyatına sahib olan Çində daxili mal dövriyyəsi 2015-ci ilin may-avqust ayları ərzində rekord dərəcədə, 6,9% azalıb. Son 10 ildə ancaq artan və böyüyən Çin iqtisadiyyatının birdən birə kiçilməsi dünya birjalarında da səhm və qiymətli kağızların qiymətlərinə təsirsiz ötüşməyib.
Xatırladırıq ki, Çinin bu müddət ərzində ixracatı 3,7%, idxalatı isə 20,4% azalıb