Çində analitiklərə ölkə iqtisadiyyatı barədə mənfi proqnozlar vermək qadağan edilib.
AzNews.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, sözügedən şifahi xəbərdarlıq ölkə iqtisadiyyatı ilə bağlı proqnozları hakimiyyətin yaydığı nikbin bəyanatlarla fərqlilik təşkil edən analitiklərə ünvanlanıb. Bu tələb uzun müddətdir ki davam edən iqtisadi böhran ucbatından ictimaiyyət arasında yaranan gərginliyi aşağı salmaq istəyilə əlaqələndirilir.
Məlumata görə, korporativ borcun artması və Çin valyutasının zəifləməsi barədə açıq bəyanatlar verən “Guotai Junan Securities Co.”nun aparıcı iqtisadçılarından Lin Tsayi son vaxtlar artıq 2 xəbərdarlıq alıb.
Xatırladaq ki, bir müddət öncə investorların Çin iqtisadiyyatından 540 milyard dolları çıxarmaq istəməsi barədə məlumat yayılıb.