İqbal Ağazadə namizədlikdən imtina etdi

İqbal Ağazadə namizədlikdən imtina etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Aktual.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında İqbal Ağazadə özü bildirib.
O deyib ki, rəhbərlik etdiyi partiyanın İdarə Heyəti namizədlərin siyahısını hazırlayıb müvafiq qaydada təqdim etsə də, onun bu dəfə keçiriləcək seçkilərdə iştirak etməsinə ehtiyac görməyib:
"Ümid Partiyasının növbədənkənar parlament seçkilərində iştirak edəcək 30 nəfərdən yuxarı namizədi sənədlərini müvafiq qaydada dairə seçki komissiyalarına təqdim edib.
Mənə gəlincə, Ümid Partiyasının İdarə Heyəti növbədənkənar seçkilərdə namizədliyimin irəli sürülməsini məsləhət bilməyib. Ona görə də budəfəki seçkidə iştirak etməyəcəyəm”.
Qeyd edək ki, VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı da seçkilərə qatılmayacaq. Onun ötən seçkilərdə deputat seçildiyi 61 saylı (hazırda 70 saylıdır) Neftçala seçki dairəsindən xanımı Tənzilə Rüstəmxanlı namizədliyini irəli sürüb.
Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR