İpoteka kreditləşməsi bərpa olunur?

İpoteka kreditləşməsi bərpa olunur?

Proses 8 bankın iştirakı ilə davam etdiriləcək.

"Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) yeni istiqraz emissiyası ilə cəlb edəcəyi 50 milyon manat vəsait gələn həftədən Fondun müvəkkil bankları arasında bölüşdürüləcək. 

Aktual.az  xəbər verir ki, bu barədə "Report”a bank dairələrindən məlumat verilib.

Mənbənin bildirdiyinə görə, bununla da Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi bərpa olunacaq.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qeydə aldığı yeni emissiyanın prospektinə əsasən, dövriyyəyə hər birinin nominal dəyəri 1000 manat olan 50 min ədəd sənədsiz, faizli, təmin edilmiş ipoteka istiqrazlarının buraxılması nəzərdə tutulub.
 
Aktual.az
Xəbər 727 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR