“iPhone” kamerası üçün 800-dən çox işçi çalışır

“iPhone” kamerası üçün 800-dən çox işçi çalışır

Bir sıra ekspertlərin fikrincə, dünyanın ən böyük texnoloji şirkəti “Apple”in istehsalı olan “iPhone” markalı telefonların kamerası mobil kameralarla bağlı birinci onluğa daxildir.

Aktual.Az Azərtac-a istinadla xəbər verir ki, “iPhone”un kamerasının istehsalında 800-dən çox işçi çalışır. Yalnız kameranın istehsalında bu qədər insanın çalışması maraq doğurub. Şirkət mütəxəssisləri bu məsələyə aydınlıq gətirərək kameranın 200 detaldan hazırlandığını bildiriblər.

“Apple”nin mütəxəssisi Graham Townsend bildirib ki, kamera bir kadrı çəkmək üçün 24 milyard əməliyyatı icra edir. Mütəxəssisin sözlərinə görə, şirkət şəkil çəkərkən əl titrəməsi nəticəsində yaranan problemi də aradan qaldırmağa çalışır.

Məlumatlara görə, hazırda “iPhone7”in yeni kamerası hazırlanır. Yeni modulda kameranın iki obyektivli olması planlaşdırılır.

Aktual.Az

Xəbər 585 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR