"iPhone 6S" daha da qalın olacaq.
Ölkə.Az xəbər verir ki, Çində hazırlanan yeni bir hesabata görə, "Apple"ın yeni telefonu olan "iPhone 6S" "iPhone 6"dan bir az qalın olacaq.
Bildirilir ki, "iPhone 6S" "iPhone 6"dan 0,2 mm daha qalın olacaq.
Engadget Yaponiyanın "etibarlı" qaynaqlardan əldə etdiyini iddia etdiyi məlumatlara əsasən, bu dəyişikliyin səbəbi "iPhone 6S"in ekranına əlavə olunacaq "Force Touch" texnologiyasıdır. İlk dəfə "Apple Watch"da tətbiq olunan "Force Touch" barmağınızı ekrana nə qədər qüvvətli basdığınızı qəbul edərək, fərqli funksiyalar təqdim edə bilir.
"iPhone 6S"in daha qalın olması, yəqin ki, onu bazardakı "iPhone 6" üzlükləri ilə uyğunlaşdıracaq. Sızan məlumatlara görə, "iPhone 6S"in ekran ölçüsü "iPhone 6" kimi 4,7 düym olacaq.