Daha 10 nəfər yaralanıb.
İordaniyada pirotexnika vasitələri ilə dolu iki konteynerin partlaması nəticəsində ən azı beş nəfər ölüb, on nəfər yaralanıb. Aktual.az Oxu.az-a istinadən xəbər verir.
Məlumata əsasən, hadisə ölkənin paytaxtı Amman şəhərində gömrük anbarının yaxınlığında baş verib.
Əl-Amerin sözlərinə görə, yaralıların bir neçəsinin vəziyyəti ağırdır. O həmçinin əlavə edib ki, ölkənin baş naziri və Daxili İşləri naziri artıq hadisə yerindədirlər.
Aktual.az