İnvestisiya proqramları Azərbaycanda iqtisadi artıma səbəb oldu

İnvestisiya proqramları Azərbaycanda iqtisadi artıma səbəb oldu

2015-ci ildə MDB ölkələrində iqtisadi fəallıq qəfil zəifləyib.

Bu vəziyyətin səbəbləri ticarət şərtlərinin pisləşməsi, xarici maliyyələşdirməyə qeyri-sabit çıxış və qeyri-müəyyənliyin yüksək səviyyədə olmasıdır. Rusiyada istehsalın azalması bütün MDB məkanına mənfi təsir edib.

Aktual.az Report-a istinadən bildirir ki, bu barədə BMT-nin yeni - "Dünyanın iqtisadi vəziyyəti və perspektivlər, 2016-cı il" adlı hesabatında məlumat verilir.
Sənəddə qeyd olunur ki, MDB ölkələri və Gürcüstanda ÜDM-in ümumi həcmi təqribən 3% azalıb. Qarşıdakı illərdə artımın bərpa olunacağı gözlənilir, amma bu, cüzi olacaq. Belə ki, ÜDM-in 2016-cı ildə 0,7 faiz, 2017-ci ildə isə 1,8 faiz artacağı güman edilir.

Yeni hesabatın müəllifləri hesab edirlər ki, 2016-cı ildə Rusiya iqtisadiyyatını durğunluq gözləyir, 2017-ci ildə isə o, cəmi 1,2% artıma nail olacaq.
Ukraynanın şərqindəki qarşıdurma bu ölkədə ixracın kəskin azalmasına səbəb olub. 2016-cı ildə adıçəkilən ölkədə heç bir artım olmayacaq, durğunluq gözlənilir, 2017-ci ildə isə bu göstərici 2,1% təşkil edəcək.

Ekspertlərin fikrincə, Qafqaz və Mərkəzi Asiya regionunda nisbətən əlverişli vəziyyət var. Belə ki, Azərbaycan, Türkmənistan və Özbəkistanda dövlət investisiya proqramları 2015-ci ildə iqtisadi artıma töhfə verib.

Xəbər 442 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR