İntihar etmiş gənc qızın sevgilisi istintaqa cəlb olundu

İntihar etmiş gənc qızın sevgilisi istintaqa cəlb olundu

Bakıda gənc qızın intihar etməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Aktual.az Report-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Nərgiz Vahabovanın sevgilisi olmuş 33 yaşlı B.Ə. istintaqa cəlb edilib. Məlum olub ki, B.Ə. ailəli olub. O, bir müddət əvvəl məhz N.Vahabovaya görə həyat yoldaşından boşanıb.

Bununla yanaşı, o da məlum olub ki, N.Vahabovanın anası onların evlənmələrinə razı olmayıb.

Azərbaycan Kooperasiya Universitetinin maliyyə fakültəsində təhsil alan N.Vahabovanın təhsil haqqını ödəyə bilmədiyi də məlum olub.

Onun sevgilisi ilə bağlı yaranmış durum və maddi problemlərlə bağlı intihar etdiyi ehtimal edilir.

Xəbər 539 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR