Gədəbəy rayonunda intihara cəhd hadisəsi baş verib.
Rayonun Çaldaş kənd sakini, 1995-ci il təvəllüdlü Emin İbrahimov yanvarın 23-də özünü babasına məxsus tikilidə asıb. Amma xoşbəxtlikdən onu xilas etmək mümkün olub. Emin İbrahimov Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxananın reanimasiya şöbəsinin müdiri Cövdət Hacıyevin AzNews.az-a verdiyi məlumata görə, hazırda Emin İbrahimovun vəziyyəti ağırdır: "Xəstə hələ özünə gəlməyib, huşu yoxdur. Hazırda hələ onu dindirmək qeyri-mümkündür. Vəziyyəti çox ağırdır.”
Cövdət Hacıyevin sözlərinə görə, Emin İbrahimovun sağ qalacağı ilə bağlı nəsə bir fikir bildirmək tezdir.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
Aktual.az
Xəbər 510 dəfə oxunub.