İntihar edən tələbə qızın bacısından şok açıqlama: "Onu öldürdülər" (Fotolar)

İntihar edən tələbə qızın bacısından şok açıqlama:

Bu ilin fevral ayının 8-də 22 yaşlı tələbə Nigar Vahabovanın intihar etməsi və bu intihar olayının əyrafındakı müəmmalar cəmiyyətdə ciddi rezonans doğurdu. Uzun müddətdir ki, müzakirə olunan olayla bağlı yeni məlumatlar ortaya çıxıb. 

Aktual.az  Arqument.Az -a istinadən xəbər verir ki, belə ki, Nigar Vahabovanın ölümü ilə bağlı bacısı Aytac Vahabova bir sıra maraqlı məqamları açıqlayıb. O, bacısının ölümündə Nigarın sevgilisi Əliyev Bəhruz Şakir oğlunu günahlandırıb. 

Aytac Vahabova mediaya verdiyi açıqlamasında deyir: "Nigarın həyatında Bəhruz Əliyev adlı oğlan olub. Onlar 2 il yarım münasibətdə olublar. Tanışlıqlarından 2 ay sonra Nigar biləndə ki, o əvvəllər evli olub münasibətlərini bitirmək istəyib. Bu hadisə 2014-cü ildə baş verib. Bəhruz isə ondan əl çəkməyib və onu izləməyə başlayıb. Hətta onu bıçaqla hədələyib xəsarət də yetirmişdi. Bununla bağlı biz Yasamal rayonu 29-cu Polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdik. İki ay Bəhruzdan səs çıxmadı. Amma sonra yenidən Nigarı izləməyə başladı. Biz yenə polisə müraciət etdik, amma polis heç nə etmədi. Nigarın ölümündən 2 gün əvvəl, yəni fevralın 6-ı Bəhruz bacımın arxasınca iş yerinə gedib və orada dava salıb. Bu zaman bacım Daxili İşlər Nazirliyinin "102 Xidməti"nə zəng edib və hadisə yerinə polis çağırıb, heç kim gəlməyib. Bacım ikinci dəfə 102-yə zəng edib və "Məni Bəhruz Əliyev hədələyir, oldürmək istəyir, əgər mənə nəsə olsa, bilin ki, o edib" deyə söyləyib. Bu zaman hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olundu və bacımdan şikayət ərizəsi qəbul olundu. Polis bölməsindən qayıdarkən Bəhruz Nigarı görüb qolundan tutaraq dartıb. Buna bacımın iş yoldaşları da şahiddirlər.
Bazar günü Bəhruz evimizə gəldi və qapımızı döyməyə başladı. Anam ona bildirdi ki, polis çağıracaq. Lakin Bəhruz "Kimi istəyirsən çağır, onsuz da onu öldürəcəyəm” deyə qışqırırdı". 

Aytac Vahabova bildirir ki, baş verənlər hər kəsin gözü qabağında olub və qonşuları da buna şahiddir: "Birinci gün, fevralın 8-i isə Nigar özünü asdı. Nigar mənə demişdi ki, Bəhruz onun "Facebook" hesabını ələ keçirib və oradan dəyişikliklər edir. Nigarın ölümündən sonra, fevralın 10-da mən Nigarın "Facebook" hesabının onlayn olduğunu gördüm. Biz ona video zəng etdik, o isə açaraq "Nə istəyirsən? Cəhənnəm ol!” deyərək qışqırdı və səhifəni bağladı. Nigarın telefonu iPhone idi, iCloud sistemi ilə işləyirdi. Bəhruz isə həmin sistemin şifrəsini bilirdi, daxil olub bütün yazışmaları silib".



Aytac Vahabovanın sözlərinə görə, baş verənlərlə bağlı Yasamal rayon prokuroru Cahangir Şükürova müraciət edib, amma hələ ki, nəticə yoxdur: "Qonşular və taksi sürücüləri Bəhruzun həmin günü səhər tezdə saat 2-yə qədər bizim məhləmizdə olduğunun şahiddirlər. Amma Bəhruz hələ də cinayət məsuliyyətinə cəlb edilməyib, azadlıqdadır. Düşünürəm ki, Nigar bizə bunu deyə bilərdi, amma yəqin çəkinib. O, Bəhruza görə işini belə dəyişmişdi, bütün günü stress içində idi. Bəhruz onun çantasını oğurlamışdı, çantasında evimizin açarı, telefonu və bacımın gündəliyi var idi. Gündəliyində bacım eyni zamanda həm də unutmamaq üçün "facebook" və telefonunun parolunu, həm də İCloud sisteminin login və şifrəsini qeyd etmişdi. Çantadan telefonunu götürərək bütün kontaktını ələ keçirmişdi. Sonra Nigarın şəkilərini whatsappa göndərib: "Mən onu sevirəm, o mənimdir”, - deyə yazmışdı.

Qeyd edim ki, bununla bağlı da Yasamal Rayonu 29-cu Polis bölməsinə şikayət ərizəsi yazmışdıq. Onun qonşularularından verilən məlumata əsasən Bəhruz iki dəfə evli olub, həyat yoldaşının biri onun əlindən xaricə qaçıb.



Fevralın 8-də Bəhruz bacımın rəfiqəsi Səbinəyə zəng vurub və "Nigar işə gəlməyib, onu polis axtarır, gəl, bəlkə, sənə qapını açar” deyib. Sonra Səbinəni götürüb və qardaşımın oxuduğ məktəbə getməyə məcbur edib. Ona deyib ki, "qardaşı məni görsə açarı verməyəcə, sən ged al". Qardaşım əvvəlcə evin açarını vermək istəməyib, sonra isə Səbinə ona deyib ki, Nigar açarı itirib, evde kilidli qalıb, ona işə getmək üçün açar lazımdır. Buna görə də qardaşım açarı verib. Bəhruz açarı Səbinədən alıb və qapını açıb. Nigarı kəndirdən açan insan da o olub. Sonra isə təcili yardımı çağırıb və qaçıb. Bizim evdən gedərkən o, mənim nişanlım Nicata zəng edib. Və təslim olmağa getdiyini söyləyib".

Aytac Vahabova bildirir ki, Bəhruz Əliyevin azadlıqda qalması azmış kimi, onun ölkədən çıxışına da qadağa qoyulmayıb. Onun istənilən vaxt ölkədən qaçıb gedə biləcəyi də istisna deyil: "İşi aparan Yasamal Rayon Prokurorluğunun böyük müstəntiqi Cahangir Şükürova deyirəm ki, niyə işə baxmırısınız? Bu adam niyə hələ də çöldədir? Deyir ki, əlimdə 7 ölüm işi var, onları bitirim, sizin işə də sıra gələcək. Ondan xahiş elədim ki, Bəhruz Əliyevin ölkədən çıxıına qadağa qoyun. Bildirdi ki, Yasamal rayon prokuroru Rasim Hacıyev icazə vermir".

"Əvvəl hadisə baş verəndə müstəntiq dedi ki, işi operativ aparacağıq. Mən də bəzi məqamları mətbuata açıqlamadım. Həm də cəmiyyətdə müxtəlif fikirli insanların olduğunu nəzərə alıb ailə sirrimizi açmaq istəmədim. Açıqlamamda da demişdim ki, bacımın həyatında heç kim yoxdur. Amma deməmidim ki, olmayıb. Çünki bacım ondan ayrılmışdı, amma o, əl çəkmirdi. Sonra gördüm ki, cinayət işi obyektiv araşdırılmır. Ona görə də mediaya açıqlama vermək məcburiyyətində qaldım", - deyə Vahabova bildirib.



Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin sözçüsü Təranə Vəlizadə 1news.az-a bildirib ki, vətəndaşların şikayətləri həmişə Baş prokurorluğun diqqət mərkəzindədir: "Əgər Aytac Vahabova bacısının intiharı ilə bağlı istintaqın gedişindən narazıdırsa, o, Baş prokuror Zakir Qaralovun adına ərizəylə müraciət etməlidir və məhz nədən - süründürməçilikdən, yoxsa başqa bir səbəbdən şikayətçi olduğunu bildirməlidir. Ərizə dərhal icraata götürüləcək, onun araşdırılması ilə Baş prokurorluğun istintaqa nəzarət idarəsi operativ şəkildə məşğul olacaq".

İşi aparan müstəntiq Cahangir Şükürov da açıqlamasında "istintaq obyektiv şəkildə aparılır və burada bütün normalar gözlənilir", - deyə bildirib. 

Xəbər 7237 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR