İntihar edən müəllimin məktubları açıldı: Oğul qatili olmaq istəmədim

İntihar edən müəllimin məktubları açıldı:   Oğul qatili olmaq istəmədim

Quba rayon Xaltan kənd sakini, 55 yaşlı müəllim Bayram Seyidovun intiharın bəzi təfərrüatları məlum olub. 

Aktual.az  xəbər verir ki, kəndin icra nümayəndəsi Akif Sultanov AzNews.az-a B.Seyidovun ölümündən əvvəl yazıb ailəsinə buraxdığı dəftərdəki qeydləri açıqlayıb. 

“Prokuror bunu hamının yanında elan etdi. Yazıb ki, “intiharımın səbəbi oğlum Əjdər və yoldaşım Əminədir. Oğul qatili olmamaq üçün intihar edirəm”.

Yəni intihara səbəb ailədaxili münaqişə olub. Guya, oğlanlarından biri anası ilə atasına qarşı birləşib nəsə ediblər”. - deyə o bildirib.

A.Sultanovun sözlərinə görə, B.Seyidovun 4 oğlu, 1 qızı var: “Ailə münaqişəsi onunla oğlu və həyat yoldaşı arasında baş verib”. 

Qeyd edək ki, Quba rayon sakini, uzun müddət rayonun Xaltan kənd bələdiyyəsinin sədri vəzifəsində çalışan Bayram Seyidov avqustun 19-da öz evində intihar edib. O, intihar edəcəyi ilə bağlı özünün feysbuk səhifəsində məlumat verib. 

Xəbər 647 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR