İnterpol”un “qırmızı xətti” ilə axtarışda olan azərbaycanlı iş adamı tutulub.
Aktual.az Report-a istinadən xəbər verir ki, vergi cinayətinə görə axtarışda olan Eldayaq Məmmədov Rusiya Federasiyasında saxlanılıb.
Qeyd edək ki, E.Məmmədov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 213-cü (Vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi açılıb. Daha sonra o, “İnterpol”un “qırmızı xətti” ilə axtarışa verilib.
E.Məmmədovun məhkəməsi Azərbaycanda keçiriləcək.