İnterpol 49 yaşlı azərbaycanlı barədə axtarış elan edib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, beynəlxalq axtarış elan edilən 1968-ci il təvəllüdlü Vüqar Şabanov dələduzluqda təqsirləndirilir.
V.Şabanov barəsində Azərbaycanın istintaq orqanı tərəfindən cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs istintaqdan yayınıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar çıxarıb və barəsində axtarış elan edib.
Məhkəmə qərarı əsasında İnterpol V.Şabanov barəsində beynəlxalq axtarış elan edib.
Xəbər 521 dəfə oxunub.