İnternetin sürətinə görə dünya lideri hansı ölkədir? - SİYAHI

İnternetin sürətinə görə dünya lideri hansı ölkədir?   - SİYAHI
  • DÜNYA

Norveç Avropada internetin sürətinə görə birinci olub. Bu ölkə İsveçi geridə qoyub.

Aktual.az  lent.az-a istinadən xəbər verir ki, bu barədə "The Local" nəşri "Akamai" rabitə operatorunun apardığı araşdırmaların nəticələrinə istinadən xəbər verib.

Araşdırmanın nəticələrinə əsasən, Norveçdə internetin orta sürəti 2015-ci illə müqayisədə 55 faiz artıb. Eyni zamanda dünya reytinqində 20,1 Mbit/saat internet sürəti olan Norveçi Cənubi Koreya geridə qoyur. Bu ölkə 27 Mbit/saat internet sürətinə malikdir və dünyada internetin sürətinə görə lider olaraq qalır.

Üçüncü yerdə internetin 19,5 Mbit/saat sürəti ilə Honkonq qərarlaşıb. Dördüncü yerdə isə İsveçdir ki, bu ölkədə də internetin sürəti 18,8 Mbit/saatdır.

Avqustda bildirilib ki, Rusiya mobil internetin sürəti reytinqində 50-ci yeri tutub. 

Xəbər 494 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR