"Bakı telefon rabitəsi" İstehsalat Birliyinin 6 telekommunikasiya qovşağındakı (TKQ) kabel-kanalizasiya qurğularında aparılan təmir işləri ilə əlaqədar internetə girişdə problemlər yaşana bilər.
Aktual.az xəbər verir ki, bu barədə Trend-ə istehsalat birliyindən məlumat verilib.
Problemlər aşağıdakı telekommunikasiya qovşaqlarında yarana bilər:
- Xətai TKQ: ATS 411/412/561/566/493/498,
- Yasamal TKQ: ATS 401/406/430/432/538/568/581/502/594,
- Qaradağ TKQ: ATS 445/446/410/545,
- Nizami TKQ: ATS 421/371/374/377/ 579/477/478/571,
- Sabunçu TKQ: ATS 425/427/428/450/451/550/551/455/452/457,
- Xəzər TKQ: ATS 453/454//456/459/457.
Verilən məlumata görə, təmir-bərpa işləri beş ay ərzində başa çatacaq.
Aktual.az
Xəbər 330 dəfə oxunub.