İnternetdə maşın satanlara pis xəbər

İnternetdə maşın satanlara pis xəbər

Azərbaycanda ən populyar avtomobil alqı-satqısı portalı olan turbo.az saytında istifadəçiləri narazı salan dəyişiklik edilib.

Aktual.az  avtosfer.az-a istinadən bildirir ki, sayt rəhbərliyi dəyişib. Daha doğrusu, saytı başqasına satıblar. Bu səbəbdən də artıq saytda bəzi xidmətlər pulludur. Oxucuların sözügedən sayta verdiyi məlumata görə, turbo.az saytında avtomobil satmaq üçün elan yerləşdirənlərdən 10 manat tələb olunur.

Belə ki, maşın bir ay ərzində satılmırsa, elanı saytdan silirlər. Elan təkrar yükləndikdə isə 10 manat tələb olunur. Avtomobil alqı-satqısı ilə məşğul olanlar bu dəyişiklikdən narazılıq edirlər.

Xəbər 466 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR