Coğrafiya İnstitutu: "Havaların qeyri-sabit və yağıntılı keçməsinin səbəbi..."

Coğrafiya İnstitutu:

Azərbaycanda oktyabr ayında dayanmadan bir neçə gün ərzində yağışların yağması ölkə üçün qeyri-adi haldır. 

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov bildirib ki, belə yağıntıların yağma ehtimalı 10-12 ildən bir ola bilər. 

Onun sözlərinə görə, fasilələrlə bu miqdarda yağıntı düşə bilər. M.Qasımov vurğulayıb ki, bu günlər ərzində ölkə ərazisinə artıq aylıq normanın xeyli hissəsi yağıb: "Azərbaycan üçün oktyabr ayında yağıntının çoxillik norması 33-35 mm-dir. Ancaq onun 50%-i artıq 4-5 gün ərzində yağıb. Əvvəlki illərdə 5 gün ərzində Bakıda dayanmadan yağışın olması ilə bağlı hər hansı bir qeydiyyat yoxdur. Demək olar ki, bu, çox az-az, nadir hallarda müşahidə olunan haldır”.

İqlimşünas vurğulayıb ki, havaların qeyri-sabit və yağıntılı keçməsinin səbəbi şimal-qərb hava kütləsinin respublikaya daxil olmasıdır. Bu hava kütləsinin dayanıqlı olduğunu deyən M.Həsənov bildirib ki, tam şimal və ya qərb hava kütlələri ayrılıqda olduqda temperatur fərqi və yağıntılar 2-3 gündən artıq olmur: "Şimal-qərb hava kütlələri isə dayanıqlıdır və ola bilsin ki, yaxın 2-3 gün ərzində də belə havalar davam etsin”.
 
Aktual.az
Xəbər 601 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR